Milli Məclisin iclasında Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Elitinfo.az-ın xəbərinə görə, məsələ səsə qoyulub.
Deputatlar səsvermədə Kamran Əliyevin Baş prokuror vəzifəsinə namizədliyinin lehinə səs veriblər.
Qeyd edək ki, K.Əliyev Baş prokurorun müavini – Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisidir.