Elitinfo.az
Avropada daha bir ölkə çempionatın bərpa vaxtını açıqladı

Bu barərə “Report”un yerli mətbuata istinadən verdiyi məlumata görə, hökumət rəsmiləri çempionatın iyunun 8-də qaldığı yerdən davam edəcəyini açıqlayıb.

Mayın 11-dən klublara məşq üçün icazə veriləcəyi və oyunların azarkeşsiz keçiriləcəyi vurğulanıb.

Bununla yanaşı, Super Liqanın startı üçün klubların qarşısına şərt qoyulub. Bildirilib ki, pandemiya ilə bağlı vəziyyət yenidən pisləşərsə, çempionatın bərpası deyilən tarixdə mümkün olmayacaq.

Qeyd edək ki, İsveçrə Super Liqasının oyunları martın 3-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri