Azərbaycanın Türkdilli Ölkələrin Parlament Assambleyasındakı (Türk PA) nümayəndə heyətinin rəhbəri və nümayəndə heyətinin tərkibi məlum olub.
Bu barədə Milli Məclisin deputatı Hikmət Məmmədov məlumat verib.
Deputat bildirib ki, nümayəndə heyətinin rəhbəri Milli Məclisin spikeri Sahibə Qafarova seçilib.
Nümayəndə heyətinə isə deputatlardan Nizami Cəfərov, Sədaqət Vəliyeva, Cavanşir Feyziyev, Əhliman Əmiraslanov, Ağalar Vəliyev, Hikmət Məmmədov və Fazil Mustafa daxildir.