Elitinfo.az

İsraildə son sutkada daha 290 nəfər koronavirusa yoluxub.

Məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.

Son sutkada daha nəfər pandemiyanın qurbanı olub. Bununla da İsrail üzrə koronavirusdan ölənlərin sayı 193-ə, yoluxanların sayı isə 14 882-yə çatıb. Məlumata görə, 139 nəfərin vəziyyət ağır, 101-nin səhhəti isə orta ağırdır. İndiyədək koronavirusdan 5 685 nəfər sağalıb.

Qeyd edək ki, aprelin 19-dan İsraildə karantin rejimi yüngülləşdirilib. Yeni rejimə əsasən, iş yerində 10 nəfər, yaxud işçilərin 30 faizindən çox əməkdaşı ola bilməz.