“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 24-ü üçün nəzərdə tutulan cədvəli müəyyənləşdirilib.

 

Təhsil Nazirliyindən Elitinfo.az-a verilən məlumata görə, nazirlik dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

 

Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

 

Sabaha olan dərs cədvəlini təqdim edirik: