İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşlar üçün birdəfəlik ödəmə (190 manat) vəsaiti köçürülərkən onlara bu barədə SMS göndərilir.

Elitinfo.az-ın məlumatına görə, bu barədə Əmək və Əhakinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Rəsmi məlumatda bildirilib ki, onlar mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə almalıdırlar:
“Mesajda “Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, bank göstərilibsə, həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini əldə edirlər. Birdəfəlik ödənişlərin verilməsi gündəlik davam edir”.