www.mediaxeberleri.az

Bu gün Azərbaycan təhsil sistemində tanınmış, nüfuzlu insanlardan biri olan, ömrünü təhsilə, elmə, cəmiyyətin inkişafına, insanların sevgisini qazanmağa, dövlətin və dövlətçiliyin maraqlarının qorunmasına həsr etmiş əsl ziyalı, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru, riyaziyyat üzrə elmlər doktoru, Əməkdar müəllim İlham Pirməmmədovun doğum günüdür.

Qazax mahalının bütün yaş təbəqəsindən olan insanları İlham Pirməmmədov haqqında yetərincə böyük məlumata, xatirələrə, xoş söhbətlərə malikdirlər. Çünki İlham Pirməmmədov hər zaman arzulanan yerdə, arzuladığı yerdə olan qazaxlı olub. O, yüzlərlə müəllimə təhsil sahəsində yol göstərib, istiqamət verib, iş qazandırıb, onlarca tələbənin ölkədə, xaricdə təhsil almasında böyük dəstəklər verib, onların sağlam ruhda, milli dəyərlər əsasında əsl vətəndaş kimi formalaşmağına böyük köməkliklər göstərmişdir.

İlham müəllimin cəmiyyətdə qazandığı hörmət, sevgi, sayğı sağlam təməllər üzərində qərar tutmuşdur. Onun sadəliyi, insanlığı, düzlüyü, dürüstlüyü, mənəvi-əxlaqı dəyərləri hər zaman insanlar tərəfindən təqdir olunaraq böyük bir dəyər kompleksinə çevrilmişdir.

Bu gün də gendənkeçmə ənənələri davam etdirən, daim sadəliyi, səmimiliyi ilə ictimailəşməyi bacaran, ictimailəşdikcə də sosiallaşmaqdan zövq alan İlham Pirməmmədov böyük bir elin – Qazax mahalının ən nüfuzlu insanlarından biri kimi onlarca ziyalının, alimin, sənətkarın, ağsaqqalın cəm olduğu, yarandığı gündən Qazax mahalının təəssübünü çəkən, dövlətə, dövlətçiliyə xidmət edən “Qazax” Xeyriyyə İctimai Birliyi kimi önəmli bir təşkilata rəhbərlik edir.

O, daim insanları yaxşı əməllər ətrafında toplayaraq el-oba üçün, ölkəmiz üçün yaxşı işlər görməyə çağırmışdır. Ağsaqqal sözünü həmişə uca tutan, gənclərə qucaq açaraq dəstək olan bu mükəmməl insan heç zaman heç kimi diqqətdən kənarda saxlamayıb. Onun üçün bütün insanlar sevilən, dəyərləndiriləndir, yetər ki o insanın içində el-oba yanğısı, insanlıq sevgisi, dövlət təəssübü olsun. İlham Pirməmmədovun düşüncəsində barış, təfəkküründə sevgi, əxlaqında isə yaxşı əməllər təcəssüm olunaraq onu gənc yaşlarından müdriklik yoluna çəkmiş və bu yolda o kamil bir insan kimi ağsaqqallıq mərtəbəsinə ucalmışdır.

Ən çətin məqamda el-obanın yanında olaraq, cənab Prezidentin çağırışına dəstək olaraq Qazax mahalının insanlarına müraciət edərək bu ağır gündə ehtiyacı olan insanlara, həssas tyəbəqədən olan ailələrə dəstək olmağı, onların yanında olmalarını xahiş etdi. Onun müraciətindən sonra Qazax mahalında bu işlər daha sistemli şəkildə təşkil olundu. Bir çox insanlar yenidən bu işə qoşularaq imkansız ailələrin yanında oldular. Bu idi İlham müəllimin ucalığı, böyüklüyü, ağsaqqallığı.

Azərbaycan reallığında ilk dəfə idi ki, rayon icra hakimiyyəti ilə ictimai birlik bir çox məsələlərdə bir araya gəlib, ümümi məsələlərə birgə yanaşsın, bir-birinin hesabat iclaslarında məlumat versin. Bu böyük birliyi də İlham Pirməmmədov şəxsi nüfuzu, dərin sadəliyi, yüksək ünsiyyətçilliyi ilə qazanmışdır.

Şüurlu həyatının bütün hissəsini şərəflə, namusla yaşayaraq hər zaman düzü-düz, əyrini-əyri görüb, ədaləti üstün tutan əvəzsiz şəxsiyyət “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədovu anadan olmasının 65 illik yubileyi münasibətilə İctimai Birliyin üzvləri adından akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Azərbaycanın əməkdar incəsənət xadimi Vidadi Babanlı, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, Məmməd Musayev, Kamran Nəbizadə, AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı, Arif Məmmədov, Bilal Bilalov, Vidadi Bayramov, professor Əhməd Vəliyev, Fuad Hacıyev, professor Mustafa Babanlı, Puşkin Əhmədov, Fikrət Hacıyev, general Mahmud Həmzəyev, general Məmməd Eminov, general Namiq Poladov, polkovnik Namiq İsmayılov, Rövşən Babanlı, Yusif Rəhimov, Kamal Axundov, professor Rüstəm Kamal, Məti Osmanoğlu, Əməkdar mühəndis Qasım Abdullayev, Arzuman Abdulkərimov, Həsrət Pirməmmədov, Məmməd İlqar, Rafail İncəyurd, Bəhruz Əliyev, Əməkdar məşqçi Firdovsi Umudov, Rövşən Göyüşov, Ramiz Göyüşov, Musa Əhmədov, Elçin Carçıyev, Mədəd Səttarov, Bəhruz Qaraqoyunlu, Söhrab Abdullayev, Raliz Qaravəliyev, Tapdıq Osmanov, Qafar Sarıvəlli, Arif Əliyev, professor Məhəbbət Dəmirçiyeva, professor Salatın Əhmədli, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, Labidə Batıyeva, Sevda Qocayeva, Fəridə Ləman, Səbinə Yusif, Çiçək Mahmudqızı, Zaməddin Ziyadoğlu, Şəmistan Nəzirli, İbrahim İlyaslı, Allahverən Qasımov, Yusif Alıyev, Sahib İbrahimov, Avdı Musayev, Şaiq İsayev ürəkdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı arzulayır və bütün işlərində uğurlar diləyirlər.

İlham müəllim, biz sizinlə fəxr edirik!!!

P.S. İlham Teymur oğlu Pirməmmədov 01 aprel 1955-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1972-ci ildə Qazax rayonu Daş Salahlı kənd 1 nömrəli orta məktəbini bitirərək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Mexanika” fakültəsinə qəbul olunmuş və 1977-ci ildə bu ali təhsil müəssisəsini həmin ixtisas üzrə bitirmişdir. Elə həmin ildə təyinatla Dənizneftqazlayihə Elmi-Tədqiqat İnstitutunda əmək fəaliyyətinə başlayan İ.Pirməmmədov 1977-80-ci illərdə həmin institutda mühəndis, kiçik elmi işçi vəzifələrində çalıçmışdır.1980-84-cü illərdə, o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspiranturasında təhsil alıb.1984-1989-cu illərdə Təhsil Nazirliyinin nəzdində Tələbə Elmi Tədqiqat işləri üzrə Respublika Şurasında baş referent, 1989-2015-ci illərdə hal-hazıra qədər Azərbaycan Respublikası Təhsil Nazirliyində müxtəlif vəzifələrdə (1-ci dərəcəli inspektor, aparıcı inspektor, baş inspektor, baş mütəxəssis, Rəhbərlik yanında aparatın rəhbəri, Aparat rəhbəri, nazirin müşaviri) çalışmışdır.

İ.Pirməmmədov 1995-ci ildə namizədlik, 2010-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, fizika-riyaziyyat elmləri namizədi,riyaziyyat üzrə elmlər doktorudur. 35 elmi məqalənin və 1 monoqrafiyanın müəllifi, bir neçə dərs vəsaitinin həmmüəllifidir. İ.Pirməmmədov BDU-nun nəzdində FD.02.016 İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür.

Bununla yanaşı İ.Pirməmmədov əvvəllər Azərbaycan Memarlıq və İnşaat Universitetində, 2000-ci ildən isə Bakı Dövlət Universitetinin “Nəzəri mexanika” kafedrasında pedaqoji faliyyətlə məşğuldur. Hal-hazırda Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektor vəzifəsində çalışır.

İlham Teymur oğlu Pirməmmədov təhsil sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 04.10.2005-ci il tarixli sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

Evlidir, iki övladı var.

Eliinfo.az -ın rəhbərliyi də bu təbriklərə qoşularaq, hörmətli müəllim-İlham Pirməmmədovu ürəkdən təbrik edirik!