• Ana Səhifə
  • Siyasət
  • İqtisadiyyat
  • Ölkə
  • Cəmiyyət
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Haqqımızda
    • Reklam
    • Bizimlə əlaqə
Aydın Hüseynov  – “Dövlətin dəstək proqramlarını yeni sosial paket kimi də qiymətləndirmək olar”- AÇIQLAMA

02 Aprel 2020 | 8370 dəfə oxundu


 

“Məlum olduğu kimi Azərbaycan hökuməti koronavirus dövründə qlobal şokların Azərbaycan iqtisadiyyatına mənfi zərələrinin qarşısını almaq üçün iqtisadi və sosial hədəfləri özündə əks etdirən straeteji sənədlər – 9 dövlət proqramı hazırlayıb. Hökumətin dəstək paketi adlandırılan bu proqramlar mövcud şəraitdə zərərçəkən 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir”.

Elitinfo.az xəbər verir ki, bunu  SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov deyib.

O bildirib ki, Azərbaycan hökumətinin Dəstək Paketi adlandırılan bu toplum iqtisadi və sosial inkişaf proqramlarının maliyyə tutumu 2,5 milyard manat olmaqla ÜDM-in 3,1 faizini təşkil edir: “Bu, indiki qlobal böhran şəraitində olduqca böyük maliyyə dəstəyi deməkdir. Müqayisə üçün qeyd edək ki, Gürcüstan bu göstərici ÜDM-in 2 faizi, Rusiyada ÜDM-nin 0,3 faizi, Türkiyədə ÜDM-in 2 faizi, Qırğızıstanda ÜDM-in 1 faizi, Özbəkistanda ÜDM-in 1,5 faizi həcmindədir. Azərbaycan hökumətinin pandemiyanın zərələrini qarşılmaq üçün gerçəkləşdirdiyi dəstək proqramı digər ölkələrlə müqayisədə həm maliyyə tutumuna görə, daha böyük, eyni zamanda, sektorların dəstəklənməsinə görə, genişmiqyaslıdır”.

Millət vəkili söyləyib ki, 9 proqramdan ibarət olan bu dəstək paketi iqtisadiyyatın bütün sahələrini, o cümlədən sosial sektorun hər bir bölməsini əhatə edir: “Dəstək proqramlarıının əsas hədəfi biznes sektorunun, istehsal, xidmət müəssisələrinin, rentabelli təşkilatların dayanıqlılığını təmin etməkdir. Biznesin üzləşdiyi sosial-iqtisadi təsirlərin qısa bir zamanda aradan qaldırılması, qabaqlayıcı tədbirlərin görülməsi ümumi iqtisadi sabitliyin, dayanıqlılığın təmin edilməsində daha əhəmiyyətli rol oynayır. Bu isə birbaşa bu məsələdə dövlətin ədalətliliyini və humanizmini nümayiş etdirir”.

A.Hüseynov qeyd edib ki, iqtisadi fəallığın qorunub saxlanmasını nəzərdə tutan iqtisadi dəstək mexanizmlərindən biri ilk növbədə, 44 min sahibkarı və 304 min muzdlu işçini əhatə edən proqramın xüsusi əhəmiyyətini qeyd etmək lazımdır. “Hazırda Azərbaycanda 1,6 milyonadək muzdlu işçinin 915 min nəfəri dövlət və neft sektorunda çalışdığından müntəzəm qaydada maaşı alır. Qalan 640 min muzdlu işçinin 304 min nəfərinin maaşına dövlət dəstək verəcək”.

Millət vəkili vurğulayıb ki, dövlət həmçinin, kredit ödənişlərində yaranan çətinliklərin aradan qaldırılması üçün həm biznesə, həm də ev təsərrüfatlarına güzəştlər edəcək. “Hazırda 15,5 milyard manatlıq kredit portfelinin 7 milyard manatı ev təsərrüfatlarına, 6,1 milyard manatı isə özəl sektora məxsusdur. Bu gün pandemiyadan daha çox zərərçəkmiş sahələr ticarət və xidmət, turizm, nəqliyyat, rabitə sektorlarıdır. Dövlət bu sektorların kredit portfelinin dəstəklənməsi üçün 1 milyard manat vəsait ayıracaq. Bu zaman da ziyan çəkən sahələr və kredit intizamı kimi kriteriyalar əsas götürüləcək. Sahibkarlığın İnkişafı Fondu kreditlərə 10 faiz dəstək verəcək ki, bu da kredit faizinin əhəmiyyətli hissəsini əhatə edir”.

Milli Məclisin komitə üzvü əlavə edib ki, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına ehtimal olunan mənfi təsirlərindən biri məşğulluq məsələləri və sosial problemlərlə bağlıdır: “Bu məqsədlə hazırlanmış yeni proqram xüsusi əhəmiyyət kəsb edir. Bu proqramı yeni sosial paket kimi də qiymətləndirmək olar. Burada birbaşa əhatəli və məqsədli sosial tədbirlər öz əksini tapıb ki, proqramdan hər bir ölkə vətəndaşı faydalanacaq. Müxtəlif sosial qruplara və aztəminatlı insanlara maliyyə dəstəyinin verilməsi mövcud çətinliklər dövründə onların bütün problemləri aradan qalxmış olacaq. Dövlətin dəstək proqramları çərçivəsində kommunal xidmətlərin limitinin artırılması da nəzərdə tutulub. “Pandemiyanın zərələrini görən sahələrdən biri nəqliyyat sektorudur. Xüsusilə də, sərnişindaşımada sistem əhəmiyyətli müəssisələr – AZAL, Bakı Nəqliyyat Agentliyi, Bakı Metropoliten, Dövlət Dəmir Yolu və digər qurumlar daşınmaların dayamdırılması və məhdudlaşdırılması səbəbindən itkilərlə üzləşdiyindən onlara da dəstək veriləcək”.

Cavabı ləğv etmək üçün tıklayın.

◂ Yevlaxda avtomobil yolu yenidən qurulur
Azərbaycanda fövqəladə vəziyyət elan oluna bilər – RƏSMİ ▸
Tweet
  • Siyasət

    • Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
  • Mədəniyyət

    • “Azərxalça” ASC-nin Şuşa məscidi üçün hazırladığı növbəti xalçalarının kəsim mərasimi keçirilib
  • Xəbər lenti

    • Ramazanın 8-ci gününün duası – İftar və imsak vaxtları
      25 Fevral 2026 23:44
    • Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
      25 Fevral 2026 23:39
    • Auditorlar Palatasında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
      25 Fevral 2026 22:50
    • “Azərxalça” ASC-nin Şuşa məscidi üçün hazırladığı növbəti xalçalarının kəsim mərasimi keçirilib
      25 Fevral 2026 22:43
    • Prezident İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
      25 Fevral 2026 22:18
    • Hakan Baltanın oğlu “Fənərbağça”ya keçib
      25 Fevral 2026 21:38
    • Leyla Əliyeva Qubada iftar məclisində iştirak edib
      25 Fevral 2026 21:31
    • Prezident İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
      25 Fevral 2026 21:23
    • AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq görüşü keçirilib
      25 Fevral 2026 21:19
    • Zəngilan rayonunun Ağalı kəndi daha 58 sakinini qoynuna alıb
      25 İyul 2022 21:09
    • İslam Ticarət, Sənaye və Kənd təsərrüfatı Palatasının Direktorlar Şurasının 34-cü iclası Azərbaycanda keçiriləcək
      18 İyul 2022 15:13
    • Azərbaycan və Almaniya alüminium istehsalı üzrə birgə müəssisə yaradır
      18 İyul 2022 15:02
    • Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
      18 İyul 2022 15:00
    • Prezident İlham Əliyev sərəncam imzaladı
      18 İyul 2022 14:58
    • “Veysəloğlu Distribusiya” şirkətinə yeni rəhbər təyin edilib
      18 İyul 2022 14:05
    • Türkiyənin ailə və sosial xidmətlər naziri Azərbaycana səfər edəcək
      18 İyul 2022 13:52
    • Nazirlik: 7 saylı “ASAN xidmət” mərkəzində də təhsil xidmətləri göstəriləcək
      06 İyun 2022 11:43
    • Ağalı kəndi  yüksək  təfəkkürün  ideyası
      02 İyun 2022 09:03
    • Prezident İlham Əliyev: Azərbaycan sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır
      02 İyun 2022 08:47
    • Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçirilib
      02 İyun 2022 08:45
    • Saytın əvvəlki versiyası

      Daxil ol
    © 2015
    Elitinfo.az Elit İnformasiya Agentliyi