Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı vətəndaşları bilgiləndirir.

  Elitinfo.az xəbər verir ki, bu gün YAP Nəsimi rayon təşkilatının dəstəyi ilə partiyanın  gənc fəallarının iştirakı ilə rayon ərazisində yaşayan yüzə yaxın şəhid və imkansız ailələrə dezinfeksiyaedici-yuyucu dərman və bəzi tibbi gigiyenik ləvazimat və koronavirusa qarşı profilaktika qaydaları  paylanıb.

Bu barədə yayılan məlumatda bildirir ki, ölkəmizdə möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qlobal təhlükə olan koronavirusa qarşı apardığı ümummilli mübarizə bütövlükdə ictimaiyyəti həmrəy edib. Cəmiyyətin hər cür təbəqələri bu təhlükənin tezliklə aradan qaldırılması üçün Prezidentimizin dövlətin bütün imkanlarını səfərbər etməsini, Brinci Vitse Prezidentimiz möhtərəm xanım Mehriban Əliyevanın qayğıkeşliklə xalqımıza ünvanladığı müraciəti ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Onu da qeyd edək ki, koronavirisa qarşı dövlətimizin bu mübarizəsinə dəstək məqsədilə Yeni Azərbaycan Partiyası da  qoşulub.  Koronavirusla mübarizə fonduna 200 min manat vəsait köçürülməsinə qərar vermişdir.