Martın 13-də keçiriləcək Milli Məclisin plenar iclasının gündəliyi məlum olub.

Elitinfo.az bildirir ki, bu barədə  Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, gündəliyə 18 məsələ daxildir:

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili  Ombudsman haqqında və normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya qannunlarında dəyişilik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanunu. Bu ikinci səsvermədir. Daha sonra isə əmanətlərin tam sığortalanması haqqında qanunda dəyişiklik edilməsi, Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında. Həmçinin bildiyiniz kimi Milli Məclisin komitə sədrləri və müavinləri seçilib. Bu dəfəki iclasda isə komitələrin üzvlərinin seçilməsi haqqında layihələr müzakirə olunacaq”.