Şəmkir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib..Elitinfo.az -ın xəbərinə görə, hadisə şəhərin 2-ci və 3-cü küçələrinin kəsişməsində qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən 54 yaşlı Zahid Məmmədovu avtomobil vurub. O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.