Elitinfo.az  xəbər verir ki, görüşdə çıxış edənlər yubilyarın poeziyasından, uzunömürlülüyün sirrindən söhbət açıb, onun gənc jurnalist kadrların yetişməsində, milli mədəniyyətimizin, ədəbiyyatımızın inkişafında, azərbaycanlılarla bağlı həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında, eləcə də Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin inkişafında mühüm işlər gördüyünü bildiriblər.

Tədbirin bədii hissəsində Ədalət Nəsibov adına Musiqi Tədris Mərkəzinin aşıqları çıxış ediblər.

Qeyd edək ki, də Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsinin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.