Növbədənkənar parlament seçkilərinə 77 saylı Astara seçki dairəsindən namizəd Rəşad Mahmudov Astara şəhərinin seçiciləri ilə görüşdən sonra Veteranlar və Qarabağ Müharibəsi Əlilləri ilə görüşüb.

Elitinfo.az  xəbər verir ki, deputatlığa namizəd seçiciləri ilə görüşdən aldığı təəssüratları və müsbət enerjini YAP rayon təşkilatının iqamətgahında Veteranlar və Qarabağ Müharibəsi Əlilləri ilə bölüşüb.

O, özünün “Facebook” hesabında bu barədə yazıb:

“Müharibə alovunu görmüş qəhrəmanlarımızın da ölkə rəhbərinə və lideri olduğu partiyanın namizədinə olan rəğbəti məni bir daha əmin etdi ki, seçkilərdə qələbəmiz labüddür”.

 

Eliyinfo.az