Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlunu Fəxri fərmanla təltif edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan səfiri Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi böyük töhfəyə görə Fəxri fərmanla təltif edilib. Müvafiq sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.