“World Raw Powerlifting” dünya çempionatında qalib olmuş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Nicat Xosrovzadə agentliyin rəbərliyi tərəfindən qəbul olunub və fəxri fərmanla təltif edilib.

Agentlikdən Elitinfo.az-a  verilən məlumata görə, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 4-8 dekabr tarixlərində keçirilən “World Raw Powerlifting” dünya çempionatında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Nicat Xosrovzadə 125 kq çəki dərəcəsində 360 kq ağırlığı qaldıraraq birinciliyi əldə edib və bayrağımızı dalğalandırıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi və kollektivi bir daha idmançımızı qələbə münasibəti ilə təbrik edib və ona gələcək karyerasında uğurlar arzu edib!

Biz də bu təbriklərə qoşularaq idmançımıza uğurlar arzulayırıq.