Azərbaycan və Polşa qrossmeysterləri Arkadi Naydiç və Radoslav Voytaşek Britaniyanın Men adasında keçirilən şahmat turnirinin son turu öncəsi birinci yeri bölüşürlər.
Elitinfo.az -ın məlumatına görə, şənbə günü VIII tur çərçivəsində Naydiç ABŞ-ı təmsil edən Hikaru Nakamuranı ağ fiqurlarla yenib.
Voytaşek də həmçinin ingilis Maykl Adamsı ağ fiqurlarla məğlub edib.
Turnirin yekun turu bu gün keçiriləcək. Naydiç və Voytaşekin aktivində 6,5 xal var. Növbəti yerlərdə hərəyə 6 xal toplamış Maksim Vaşye-Laqrav (Fransa), Van Xao (Çin), Qaveyn Cons (İngiltərə) və Sün qərarlaşıb. Onları aktivlərində 5,5 xal ilə aralarında Kramnik, Artyomov, Aleksandr Qrişuk və Sergey Karyakin də olduğu 18 şahmatçı izləyir.
Siyasət
Mədəniyyət
Xəbər lenti
- DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək
21 Sentyabr 2023 17:48 - Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən məqalə qəbul olunub
29 Avqust 2023 23:16