“Yüksəliş” müsabiqəsinin keçirilməsi dövlət başçısının Azərbaycanda apardığı sistemli islahatlar kursunun bir halqasıdır”.

“Elitinfo.az” xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin rəhbəri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva müsabiqənin başlanmasına dair keçirilən mətbuat konfransında deyib.

“İdarəçilik vərdişləri olan və öz potensialına inanan insanları müsabiqəyə dəvət edirik. Müsabiqə Azərbaycanda kadrların bilik və bacarıqlarının inkişaf etməsinə mühüm töhfə verəcək”, – F.Əliyeva əlavə edib.