Gələn ilin fevralında Bakıda “Azərbaycanda sərmayə imkanları” mövzusunda təqdimat keçiriləcək.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov dekabrın 26-da Bakıda keçirilən Azərbaycan-Türkiyə işgüzar dəyirmi masasında deyib.

Nazir qeyd edib ki, tədbirdə Azərbaycan və Türkiyənin iş adamları iştirak edəcəklər.