Türkmənistan Məclisinin Sədri Gülşat Məmmədova noyabrın 4-də Azərbaycana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Türkmənistan Məclisinin Sədrini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Milli Məclisi Sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.