• Ana Səhifə
  • Siyasət
  • İqtisadiyyat
  • Ölkə
  • Cəmiyyət
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Haqqımızda
    • Reklam
    • Bizimlə əlaqə
Bakı-Şamaxı magistralının genişləndirilməsi yekunlaşır

05 Noyabr 2019 | 7922 dəfə oxundu


Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik (16 km ) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası yekunlaşmaq üzrədir.  Layihə Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə həyata keçirilir. Yenidənqurma işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub. Layihəyə uyğun olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun  16 km-lik hissəsi 4 hərəkət zolaqlıdır. Yol yatağının eni 27.5 m, yolun hərəkət hissəsinin eni 15 m, hərəkət zolaqlarının eni 3.75 m, ayrıcı zolağın eni 5 m, çiyinlərin eni isə 3.75 m təşkil edir.

Həmin ərazidə işçi cizgilərin hazırlanması, bitki qatının çıxarılması, torpaq yatağının tikintisi, torpaq yatağının üst layının hamarlanması işləri yerinə yetirilib. Bundan başqa torpaq işləri və yatağın tikintisi işləri aparılıb. Aparılan yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 7.5 m-dən 15 metrə qədər genişləndirilib. Magistralın bu hissəsində iki yeni avtomobil körpüsünün tikintisi işləri də aparılıb. Körpülər yolun 107-ci km-də Acıdərə çayı və 114.5-ci km-də Pirsaatçay üzərində salınıb.

Acıdərə çayı üzərində tikilən körpü 3 aşırımlı olmaqla 62.2 metr, Pirsaatçay körpüsü isə 3 aşırımlı olmaqla 107.2 metr uzunluğundadır.  Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 106-107-ci və 108-109-cu km-lik hissəsində bir-neçə sürüşmə nöqtəsi mövcud olduğu üçün sözügedən ərazilərdə sürüşmənin qarşısını almaq məqsədi ilə bu ərazidə yamacların kəsilməsi, yamacın dib hissələrinin xüsusi qrunt ilə doldurulması, dəmir-beton svayların vurulması, monolit dəmir-beton istinad divarlarının tikintisi və səth sularının yol yatağına daxil olmasının qarşısını almaq məqsədi ilə drenaj kanalların inşa edilməsi işləri yerinə yetirilib. Bundan başqa layihə çərçivəsində 719 paqon-metr uzunluğunda 17 dairəvi borunun, 42 metr uzunluğunda 2 düzbucaqlı borunun, yol boyu zəruri olan ərazilərdə ümumi uzunluğu 177 metr olan 3 alt keçidin inşası da aparılıb. 27.5 metr enində olan torpaq yatağının inşası işlərindən sonra, yol əsasının inşası işlərinə başlanılıb. Yol əsası 48 sm qalınlıqda 2 laydan ibarətdir. Yol əsası hazır olan hissələrdə yolun hərəkət hissəsinə və bərkidici zolağa 29 sm qalınlıqda 3 laydan ibarət asfalt-beton örtüyün döşənməsi işlərinə də həyata keçirilib. Beləliklə ümumilikdə yol geyimi 95 sm hündürlüyündədir.Hazırda magistralın sözügedən hissəsində son tamamlanma işləri aparılır. 2019-cu ilin sonuna qədər magistralın 16 km-lik hissəsinin vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır. Regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə, turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.

Cavabı ləğv etmək üçün tıklayın.

◂ Heydər Əliyev Mərkəzində  sərgi açılacaq
Müdafiə naziri Türkiyənin yüksək səviyyəli hərbi nümayəndə heyəti ilə görüşüb ▸
Tweet
  • Siyasət

    • Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
  • Mədəniyyət

    • “Azərxalça” ASC-nin Şuşa məscidi üçün hazırladığı növbəti xalçalarının kəsim mərasimi keçirilib
  • Xəbər lenti

    • Ramazanın 8-ci gününün duası – İftar və imsak vaxtları
      25 Fevral 2026 23:44
    • Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
      25 Fevral 2026 23:39
    • Auditorlar Palatasında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
      25 Fevral 2026 22:50
    • “Azərxalça” ASC-nin Şuşa məscidi üçün hazırladığı növbəti xalçalarının kəsim mərasimi keçirilib
      25 Fevral 2026 22:43
    • Prezident İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
      25 Fevral 2026 22:18
    • Hakan Baltanın oğlu “Fənərbağça”ya keçib
      25 Fevral 2026 21:38
    • Leyla Əliyeva Qubada iftar məclisində iştirak edib
      25 Fevral 2026 21:31
    • Prezident İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
      25 Fevral 2026 21:23
    • AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq görüşü keçirilib
      25 Fevral 2026 21:19
    • Zəngilan rayonunun Ağalı kəndi daha 58 sakinini qoynuna alıb
      25 İyul 2022 21:09
    • İslam Ticarət, Sənaye və Kənd təsərrüfatı Palatasının Direktorlar Şurasının 34-cü iclası Azərbaycanda keçiriləcək
      18 İyul 2022 15:13
    • Azərbaycan və Almaniya alüminium istehsalı üzrə birgə müəssisə yaradır
      18 İyul 2022 15:02
    • Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
      18 İyul 2022 15:00
    • Prezident İlham Əliyev sərəncam imzaladı
      18 İyul 2022 14:58
    • “Veysəloğlu Distribusiya” şirkətinə yeni rəhbər təyin edilib
      18 İyul 2022 14:05
    • Türkiyənin ailə və sosial xidmətlər naziri Azərbaycana səfər edəcək
      18 İyul 2022 13:52
    • Nazirlik: 7 saylı “ASAN xidmət” mərkəzində də təhsil xidmətləri göstəriləcək
      06 İyun 2022 11:43
    • Ağalı kəndi  yüksək  təfəkkürün  ideyası
      02 İyun 2022 09:03
    • Prezident İlham Əliyev: Azərbaycan sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır
      02 İyun 2022 08:47
    • Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçirilib
      02 İyun 2022 08:45
    • Saytın əvvəlki versiyası

      Daxil ol
    © 2015
    Elitinfo.az Elit İnformasiya Agentliyi