İkinci Beynəlxalq Sənaye Sərgisi “CASPINDEXPO 2019”da KOB-ların məhsulları nümayiş olunacaq.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA)  bildirilib ki, noyabrın 6-8-də Bakı İdman Sarayında keçiriləcək sərgidə qurumun dəstəyi ilə sənaye sahəsində fəaliyyət göstərən KOB-lar öz məhsul və xidmətlərini təqdim edəcəklər. KOB-lar üçün ayrılmış xüsusi stenddə bağ, ev və ofis mebelləri, alüminium və plastik qablar, streç və folqalar, kağız və karton çantalar, istixana konstruksiyaları və aksessuarları, dəmir və taxta məmulatlar, işıq dirəkləri nümayiş olunacaq, sənaye avadanlıqlarının təmiri və quraşdırılması xidməti təqdim ediləcək.

Tədbirin təşkilatçısı “International Trade Fairs Group” şirkətidir.