Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Bakıda təşkil etdiyi “Gənc sahibkarlar klubu” layihəsinin iştirakçıları 5 saylı “ASAN xidmət” mərkəzi və buradakı “My Broker” gömrük təmsilçiliyinin müştəri xidmətləri, “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzi ilə tanış olublar.

GTM-dən Elitinfo.az-a bildiriblər ki, altı ölkəni təmsil edən 30 gənc sahibkara “My Broker” gömrük təmsilçiliyinin fəaliyyəti haqqında məlumat verilib, gələcək layihələr barədə təqdimat nümayiş etdirilib.

Gənc sahibkarlar təmsilçiliyin əməkdaşları ilə fikir və təcrübə mübadiləsi aparıblar.