1975-ci il oktyabrın 1-də UNESKO-nun qərarı ilə Beynəlxalq Musiqi Günü təsis edilmişdir. Bu bayram hər il bütün dünyada ən yaxşı musiqiçi və incəsənət kollektivlərinin iştirak etdiyi möhtəşəm konsert proqramları ilə qeyd olunur. Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin məlumatına görə bu münasibətlə Milli Kitabxanada “1 oktyabr – Beynəlxalq Musiqi Günü” adlı geniş kitab sərgisi açılıb.

Sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunmuş Azərbaycan və dünya musiqi tarixi, tanınmış musiqiçilər, musiqi festivalları haqqında kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.