Ulu öndər Heydər Əliyevin həyatı hər bir yeniyetmə və gənc üçün ən böyük vətəndaşlıq, vətənpərvərlik nümunəsidir.

Elitinfo.az xəbər verir ki, bu fikir Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev nümunəsində vətəndaşlıq, vətənpərvərlik və Azərbaycançılıq ideologiyası” mövzusunda keçirilən tədbirdə səsləndirilib.

Gənc mədəniyyət və təhsil işçilərinin iştirak etdiyi tədbirdə çıxış edən mərkəzin direktoru Səlimə Yusibova bildirib ki, bütün zamanların ən böyük Azərbaycanlısı, görkəmli dövlət xadimi Heydər Əliyevin fəaliyyəti Vətənə, xalqa xidmətin misilsiz nümunəsidir. Dahi rəhbərin mükəmməl konsepsiyaları, müdrik ideaları son dərəcə qiymətlidir.

Çıxışlarda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyasından, dahi rəhbərin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən bəhs edilib.

Sonda ulu öndər Heydər Əliyevin vətənpərvərlik və Azərbaycançılıq haqqında söylədiyi fikirlərdən bəhs edən videçarxlar təqdim olunub.