Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də müasir yol infrastrukturunun yaradılmasıdır. Son 15 ildə bu sahədə çox mühüm uğurlar əldə olunub və bu istiqamətdə layihələrin icrası davam etməkdədir. Respublikamızda yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlər həm ölkə əhəmiyyətli yolları, həm də kənd yollarını əhatə edir.

Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər Qax rayonunda da uğurla davam etdirilir. Qax şəhərinin küçələri və kənd yolları əsaslı şəkildə təmir olunub.. Turizm mövsümü ərəfəsində hazırda rayonun kəndlərinə gedən yollarda təmir-bərpa işləri görülür Qax rayonunda yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verir.
Yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır.
Qax rayonu da genişmiqyaslı işlərdən kənarda qalmayıb. Belə ki, bu il rayonun bütün kəndlərinə gedən yollar təmir olunaraq yenidən qurulub. Mərkəzindən bütün uzunluğu 31 km olan 5 istiqamət üzrə avtomobil yolları əsaslı şəkildə yenidən qurulur. Rayon mərkəzindən yaşayış məntəqələrinə qədər uzanan 9 giriş yolları tam təmir olunub.
Rayonda əvvəllər avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyularaq deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Hazırda aparılan yenidənqurma işləri ilə sadalanan problemlər aradan qaldırılıb.
Hazırda rayon mərkəzinin Heydər Əliyev prospektindən 35,5 km uzunluğunda olan Qorağan-M5 –Qax –İlisu yolları texniki dərəcəyə uyğun olaraq yenidən qurulur və genişləndirilir. Yolun normativ eninin alınması üçün zəruri yerlərdə süxurların mexanizmlə kəsilməsi, həmçinin yolun torpaq yatağının bərpası üçün yararsız yol örtüyünün texniki üsullarla hamarlanaraq yolun genişləndirilməsi ilə yeni yol yatağının və əsasının inşası işləri aparılır.
Yol yatağı hazır olan hissələrdə yol əsasının qum-çınqıl və optimal-qırmadaş qarışığı ilə layihədə nəzərdə tutulmuş qalınlıqda inşası işləri aparılır. Buna paralel olaraq xüsusi qruntla çiyin hissələr də bərkidilir. Daha sonra əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst qatlatının iri və xırda dənəli asfalt-beton qarışığı ilə tikintisi işləri aparılacaq.
Layihə çərçivəsində mövcud suötürücü borular istismara yaramadığı üçün yol boyu müxtəlif diametrli dəmir-beton boruların quraşdırılması işləri aparılır, kiçik körpülər yenidən təmir işləri görülür. Yolbobu əhalinin rahatlığı üçün yeni müasir tipli dayanacaqlar quraşdırılb
Yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır.Təmir işlərinin oktyabrın əvvələrinədək yerinə yetirilməsi nəzərdə tutulub. Qeyd edək ki, ümumilikdə Qax rayonu ərazisində avtomobil yolunun müasir səviyyədə yenidən qurulması ilə həm əhalinin yük və sərnişin daşımasını xeyli yaxşılaşdırıb, yetişdirilən məhsulların rahat şəkildə yaxın-uzaq bazarlara daşınmasına imkan yaradıb, həm bölgənin turizm potensialının möhkəmləndirilməsi işinə də xidmət göstərir və kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə imkan verir.