Daha sonra Sabirabad rayon Heydər Əliyev mərkəzində keçirilən qəbulda Sabirabad və Saatlı rayonlarından olan 20-dən artıq vətəndaşın müraciət və şikayətlərinə baxılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə İmişli rayonunda vətəndaşları qəbul edib. Qəbuldan öncə İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev və İmişli RİH-nin başçısı Vilyam Hacıyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
İmişli rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı İmişli rayonundan olan 15-dən artıq vətəndaşın müraciətinə baxılıb.
Keçirilən hər iki qəbul zamanı müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.


