Ölkə başçısının tapşırıq və sərəncamları əsasında yol infrastrukturunun yenidən qurulması ilə bağlı cari ildə tərtib edilmiş tədbirlər planına uyğun olaraq, Qəbələ rayonunda uzunluğu 19 km olan yerli əhəmiyyətli Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidən qurulması işləri yekunlaşıb.

Böyük Əmilli-Bılıx-Əmirvan avtomobil yolu IV texniki dərəcəlidir. Avtomobil yolu uzun illər istismar olunduğundan təmirlərarası istismar müddətini keçmiş, yolda çoxlu sayda çalalar, çökmələr və qabarmalar əmələ gəlmişdir. Bu isə nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına səbəb olmuşdur. Yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə olduğundan, yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalırdı, çiyinlərin enin yolun texniki dərəcəsinə uyğun gəlmir və 0.5-1 m arasında dəyişirdi.  Mövcud örtük sökülərək kənara daşınıb, yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülüb və kipləşdirilib, torpaq yatağı avtoqreyderlə profilə salınıb, lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından istifadə olunmaqla əsasın alt və üst layının tikintisi işləri görülüb. Bu işlər 100 min kv.m-dən çox sahəni əhatə edib. Yol boyu mövcud suötürücü borular uzun illər istismar olunduğundan metal borular karroziyaya uğrayaraq çürümüş, dəmir-beton boruların başlıq hissələri sınmış, orta hissələri çökmüş, istismar üçün yararsız vəziyyətə düşmüşdür. Bu üzdən yol boyu müxtəlif diametrlərə malik 1169 paqon-metr uzunluğunda 95 ədəd yeni suötürücü borular quraşdırılıb.  Belə ki, yolun təqribən 120 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst layı  iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib. Həmçinin layihə çərçivəsində Zalamçay üzərində yerləşən və 42 metr uzunluğa malik avtomobil körpüsü qəzalı vəziyyətə düşdüyü üçün əvəzinə 4 aşırımlı yeni körpü inşa edilib.Yol kənarında  zəruri olan yerlərdə 8 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün yol nişanları, siqnal dirəkləri və km göstəriciciləri quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.

Elə  bu məqsədlə həmin kəndlərdə sakinlərlə görüşdük.Kənd sakinləri öz təəssüratlaını bizimlə bölüşdülər.Yenikənd sakini  Vəkil Kənzərov~

-Hamımızın ürəyindən olub. Bu gün yolumuz hamarlanıb, asfaltıanıb, bu çox gözəldir. Əvvəllər   rayon  mərkəzinə bir saata gəlirdik, indi isə yarım saata gəlirik. Biz əvvəllər  payız və qış aylarında əziyyət çəkirdik.  Uşaqlar məktəbə gedərkən çox çətinlik çəkirdi. Sevindirici haldır ki, bu gün yolarımız təmir olub, dayanacaqlar qoyulub.   Bunun üçün biz Prezidentimizə təşəkkür edirik, bu sərəncamları yerinə yetirən  AAY Dövlət Agentliyi rəhbərliyinə öz  minnətdarlığımızı  bildiririk.

KiçikƏmili kənd Ağsaqqallar Surasının sədri-Fikrət Ağayev,

Mən  kənd yollarımızın təmir olunması , yeni yolların çəkilməsi ilə bağlı bütün kəndimizin sakinləri adından hörmətli Prezidentimizə  minnətdarlığımı bildirirəm. Ölkə Prezidentimiz həmişə xalqın qayğısına qalır. Bu gün onbir kəndi birləşdirən bu yolların asfaltlanıb sakinlərin ixtiyarına verilməsinin böyük əhəmiyyəti vardır. Eyni zamanda rayon icra hakimiyyəti tərəfindən kəndarası  bütün yollar da çınqıllanıb. Çəkinlən bütün əziyyətlər xalqımız üçündür. Biz də  öz növbəmizdə təşəkkürümüzü  bildiririk. Yolumuz aydın olsun.

Ulduzə Yaqubova-Zavan Bələdiyyəsinin sədri-

Bu yol  yanvar ayından çəkilməyə başlayıb. Çox gözəl yol çəkilib. Bu gün ölkəmizin bütün yerlərində olduğu kimi  bizim də rayonun kəndləri inkişaf edir, qaz, su, işıq, internet xəttləri çəkilib. Çəkilən yol 19 km ərazini əhatə edir, gözəl dayanacaq quraşdırılb.  Müəllim   və  şagirdlər  artıq yollarda  əziyyət çəkməyəcək. Bizə bu gözəl şəraiti  yaradığı üçün  cənab Prezidentimizə öz təşəkkürümüzü  bildiririk.

Yol kənarında  zəruri olan yerlərdə 8 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün yol nişanları, siqnal dirəkləri və km göstəriciciləri quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.

Qeyd edək ki, başlanğıcını respublika əhəmiyətli Ağdaş-Zarağan avtomobil yolundan götürən və 19 km uzunluğa malik Qəbələ rayonu Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 8 mindən artıq əhalinin yaşadığı 11 yaşayış məntəqəsini əhatə edir. Yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə yenidən qurulub. Yolun yenidən qurulması gediş-gəlişin rahatlaşmasına, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişfına gətirib çıxarır. Bu isə öz növbəsində əhalinin sosial rifah halına müsbət təsir edəcək.