Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində turun digər oyunları keçiriləcək.

“Report”un məlumatına görə, ikinci oyun günündə 4 qrupda 9 qarşılaşma təşkil olunacaq. I qrupunda 3, C, E və G qrupların 2 matç baş tutacaq.

E qrupunda Azərbaycan yığması Uelsin qonağı olacaq. Qrupun digər görüşündə Slovakiya Xorvatiyanı qəbul edəcək.

Günün maraqla gözlənilən matçı C qrupunda keçiriləcək. Almaniya Hollandiya kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək.

AVRO-2020, seçmə mərhələ

V tur

C qrupu

20:00. Estoniya – Belarus

22:45. Almaniya – Hollandiya

Xal durumu: Ş.İrlandiya – 12 xal (4 oyuna), Almaniya – 9 (3), Hollandiya – 3 (2), Belarus – 0 (4), Estoniya – 0 (3).

E qrupu

22:45. Slovakiya – Xorvatiya

22:45. Uels – Azərbaycan

Xal durumu: Macarıstan – 9 xal (4 oyuna), Slovakiya – 6 (3), Xorvatiya – 6 (3), Uels – 3 (3), Azərbaycan – 0 (3).

G qrupu

22:45. Avstriya – Latviya

22:45. Sloveniya – Polşa

Xal durumu: Polşa – 12, İsrail – 7, Avstriya – 6, Sloveniya – 5, Makedoniya – 4, Latviya – 0.

I qrupu

20:00. Kipr – Qazaxıstan

22:45. San Marino – Belçika

22:45. Şotlandiya – Rusiya

Xal durumu: Belçika – 12, Rusiya – 9, Qazaxıstan – 6, Şotlandiya – 6, Kipr – 3, San Marino – 0.