Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyindən Elitinfo.az-a verilən məlumata görə, oktyabrın 26-da ölkədə 111 cinayət faktı qeydə alınıb, onların da 18-si “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması təmin olub. Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Ölkənin avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.
Siyasət
Mədəniyyət
Xəbər lenti
- DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək
21 Sentyabr 2023 17:48 - Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən məqalə qəbul olunub
29 Avqust 2023 23:16



