Elitİnfo.az/  “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Ailə münasibətlərinə dair ictimai dinləmənin və sağlam ailə dəyərləri haqqında maarifləndirici tədbirlər” layihəsi çərçivəsində 02 avqust 2019- cu ildə Imişli rayonunda gənclər, müəllimlər, icma üzvləri üçün 1 günlük təlim keçirmişdir.

İctimai Birliyin mətbuat xidmətindən  verilən məlumata görə, İmişli rayonunda təşkil olunan təlimdə ailə nədir və idarəolunması, möhkəm ailənin təməli, ailə vəzifələri və məsuliyyətləri, rəsmi nigah və mulkiyyət hüququ, ailədə gender rolu və problemləri, zorakılıq və sairə mövzular tam əhatə olunmuşdur və qeyd olunan mövzular haqqında iştirakçılara geniş məlumat verilmişdir.
İştirakçılarla birgə fikir mubadilələri, və qarışılıqlı sual cavablar təlimin daha maraqlı keçməsinə səbəb olmuşdur.