XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə qızlar arasında yarışlar keçirilib.
Elitinfo.az xəbər verir ki, fərdi şose yürüşündə (10 km) 75 qız idmançı medallar uğrunda mübarizə aparıb.
Yarışların yekunlarına görə, qızıl medalı Zoe Bakstedt (Böyük Britaniya), gümüş mükafatı Alena İvançenko, bürünc medalı isə Laura Sander Lizette (Estoniya) qazanıblar.