Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,64 ABŞ dolları və yaxud 1% azalıb.

“Elitinfo.az” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,47 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.