Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyi Göyçay rayonunda “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliğinə dair təşəbbüslər” mövzusu üzrə “Məktəblilərin iştirakı ilə vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi” lahiyəsinin icrasına start verib.

Müddəti 3 ay olan layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərlərin tərkib və əsas hissəsi olan vətənpərvərlik hisslərinin gücləndirilməsidir.

Layihə çərçivəsində məktəblilər arasında iyun ayında 4 günlük təlim təşkil olunacaq. Təlimlərdə məqsəd vətənpərvərliyi təbliğ etmək, yeniyetmə və gənclərə dövlətin və millətin mənafeyini hər şeydən üstün tutmağı aşılamaqdır.

Layihənin hazırlıq mərhələsində Göyçay rayonunda həyata keçiriləcək işlər üçün lazımı çap materiallarının nəşri, görüşlərin yeri və vaxtı, orada iştirak edəcək iştirakçıların (o cümlədən, layihəyə cəlb ediləcək gənclərin siyahısının tərtib olunması) və qonaqların müəyyən edilməsi, eləcə də, layihə haqqında geniş ictimaiyyəti məlumatlandırmaq üçün hazırlanmış press-relizlərin KİV-lərə, müvafiq dövlət, beynəlxalq təşkilatlara və QHT-lərə yayılması işləri yerinə yetiriləcək.