Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Milli Qəhrəman Seymur Məmmədovun xatirəsinə həsr olunmuş “Qartal yuvası” filminin təqdimatı keçiriləcək.

Mədəniyyət Nazirliyindən  bildirilib ki, ekran əsəri “Milli qəhrəmanlar” silsiləsindən “Salnaməfilm” studiyasında Çingiz Həsənovun rejissorluğu ilə çəkilib.