Bu gün  “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyinin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində Ümummilli Liderin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Xalqa bağışlanan ömür” mövzusunda açıq dərs keçirilib.

Milli Aviasiya Akademiyasından Eliinfo.az-a  bildirilib ki, açıq dərsdə akademiyanın “Dil və ictimai fənlər” kafedrasının müəllimləri və “İqtisadiyyat və Hüquq” fakültəsinin tələbələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra “Dil və ictimai fənlər” kafedrasının müəllimi, f.f.e.d., dosent Ələddin Xəlilov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən, həmçinin dövlət müstəqilliyimiznin qorunub saxlanılması, respublikanın sosial-iqtisadi inkişafı sahəsində əvəzolunmaz fəaliyyəti haqqında tələbələrə məlumat verib. Daha sonra tələbələr Ulu Öndərə həsr edilmiş şerlər, həmçinin də dünyanın görkəmli dövlət və siyasi xadimləri tərəfindən Ümummilli Liderin şəxsiyyəti, uzaqgörən müdrik siyasəti haqqında deyilmiş fikirləri müxtəlif xarici dillərdə söyləyiblər.

Açıq dərs “Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var” adlı filmin nümayişi ilə yekunlaşıb.