Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda keçirilən oyunlardan sonra UEFA reytinqi açıqlanıb.
Elitinfo.az-ın məlumatına görə, oynanılan matçlardan sonra Azərbaycanın mövqeyi dəyişməyib. 18.500 xalı olan ölkəmiz 27-cı sırada qərarlaşıb. Təmsilçimiz “Qarabağ” “Vorskla”ya uduzduğu (0:1) üçün xal ehtiyatımız artmayıb.

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsrailin 18.625 xalı var.