2x
Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) maliyyə dəstəyi ilə Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi “Respublika Rəy Sorğusu” layihəsini həyata keçirir.

AZGF-dan saytımıza bildiriblər ki, layihənin əsas məqsədi region gənclərinin maraq dairəsini öyrənmək, onların sosial aktiv gənc kimi formalaşmasına və maariflənməsinə yardım etməkdir.

Layihə çərçivəsində respublikanın müxtəlif şəhər və rayonlarına, o cümlədən Şəmkir, Qazax, Gəncə, Quba, Masallı, Biləsuvar, Beyləqan və Sabirabada səfərlər təşkil olunub, könüllülər tərəfindən gənclər arasında sorğu keçirilib. Sorğunun nəticələri bəlli olduqdan sonra çoxlu sayda maarifləndirici layihələrin reallaşdırılması nəzərdə tutulur.

Rəy sorğusu hazırda digər regionlarda davam etdirilir.

1x2x3x4x5x