Gənclər Abşeronda təmizlik aksiyası keçiriblər

Ümummilli lider Heydər Əliyevin ekoloji siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi, Abşeronda da ətraf mühitin mühafizəsinə mühüm önəm verilir. Rayonda davamlı yaşıllaşdırma tədbirlərinin icrası mütəmadi şəkildə təşkil olunur.

Növbəti ağacəkmə kampaniyası rayonun Məmmədli və Digah kəndlərində, həmçinin “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gedən yolun sağ və sol hissəsində keçirilib.

Abşeron Rayon İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyinin nümayəndələrinin, YAP rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin, həmçinin 50-dən çox könüllü gəncin iştirak etdiyi aksiya zamanı “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisində “Təmiz ekologiya–sağlam həyat” şüarı altında təmizlik işləri aparılıb. Məhəmmədi-Digah avtomobil yolunun ərazisində 900-dən yuxarı ağac əkilib, əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.