Altıncı Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində oktyabrın 26-da ADA Universitetində Azərbaycanda təhsil almış məzunların ilk görüşü və “Gələcəyə sərmayə: davamlı və inklüziv inkişafa doğru” mövzusunda “dəyirmi masa” keçirilir.
Elitinfo.az xəbər verir ki, tədbirə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev moderatoluq edir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Prezident İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubu oxuyub.
“Dəyirmi masa” çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən Azərbaycan Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyasının rəsmi təqdimatı nəzərdə tutulur.
Sonra “Mədəni müxtəlifliyin dayanıqlı inkişafda rolu”, “Enerji dayanıqlı və inklüziv inkişafın mərkəzində”, “İnsan potensialının formalaşması dayanıqlı inkişafın əsas amili kimi” mövzusunda panellər keçiriləcək.