Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanası “Yubileylər silsiləsi” çərçivəsində Asəf Zeynallı adına Musiqi Kolleci ilə birgə unudulmaz bəstəkar, pedaqoq Asəf Zeynallının 110 illik yubileyinə həsr olunmuş tədbir təşkil ediblər.
Kitabxanadan bildirilib ki, tədbiri kollecin direktoru, Əməkdar incəsənət xadimi Nazim Kazımov açaraq bəstəkarın ömür yolu və yaradıcılığından söhbət açıb.

Bəstəkarın qardaşı oğlu Arif Zeynallı çıxışında ölməz sənətkarla bağlı xatirələrini bölüşüb.
Mərkəzi Kitabxananın əməkdaşı İradə Hüseynova bildirib ki, Asəf Zeynallı 23 il ömür sürməsinə baxmayaraq, milli musiqi sənətində silinməz iz qoyub.
Sonra kollecin tələbələrinin ifasında Asəf Zeynallının, Tofiq Quliyevin bəstələri və xalq mahnıları səsləndirilib.
Sonda kitabxana tərəfindən Asəf Zeynallı adına Musiqi Kollecinə kitablar hədiyyə olunub.