Ermənistan silahlı qüvvələrinin bölmələrinin martın 26-da cəbhənin Füzuli rayonu istiqamətində mövqelərimizi atəşə tutması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləz Ələddin oğlu Əlləzov dəfn edilib.

Şəhidin nəşi dəfn edilməsi üçün onun doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndinə gətirilib.

Dəfn mərasimində Qazax Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, komandirlərii və əsgər yoldaşları eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin atasına təqdim edilib. Yaylım atəşindən sonra, Yuxarı Salahlı kənd qəbristanlığında dəfn olunub.

Qeyd edək ki, ailənin böyük oğlu olan Ə.Əlləzov 2018-ci ilin yanvar ayından həqiqi hərbi xidmətə çağırılıb və onun xidmətini başa vurmasına 4 ay qalmışdı.

Allah rəhmət eləsin!

345435f4-ea10-4c41-ba7c-728d9ba19248

3815ae95-fbb4-44ec-9095-09c1e87f9eec

11e6746d-7865-4ce1-8243-60f45ac0abb6