Yaxın vaxtlarda Ermənistan hakimiyyəti parlamentə vilayət idarələrinin işçi ştatının ixtisara salınmasını nəzərdə tutan ərazi idarəçiliyi haqqında qanun layihəsini təqdim edəcək.

Trend-in məlumatına görə, bunu Ermənistanın ərazi idarəçiliyi və inkişaf naziri Suren Papikyan deyib.

O bildirib ki, söhbət işçi ştatının orta hesabla 30 faizədək ixtisara salınmasından gedir:

“Həmçinin bütün qubernatorların bir müavini və bir köməkçisi olacaq. Hazırda qubernatorların 3 müavini var”.