Azərbaycan Prezidenti İlham Əliyev “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” sazişə Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə” 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Protokolun təsdiq ediməsi haqqında qanunu imzalayıb.

“Report” xəbər verir ki, dövlət başçısı “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə” 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Protokolu da təsdiq edib.