Fevralın 12-də UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasının oyunları bir dəqiqəlik sükutla başlayacaq. UEFA-nın rəsmi saytında xəbər verilir ki, bütün görüşlər argentinalı futbolçu Emiliano Salanın xatirəsinə həsr olunacaq. Həmçinin bildirilir ki, hər bir futbolçu meydana qara lentlə çıxacaq.

Xatırladaq ki, 28 yaşlı argentinalı futbolçu Fransanın “Nant” klubundan Uelsin “Kardiff Siti” komandasına 21 milyon avro müqabilində transfer olunub. O, yanvarın 21-də yeni klubunun heyətində ilk oyunda iştirak etmək üçün uçarkən Gernsi adası üzərində təyyarə radarlardan itib. Uzun sürən axtarışlardan sonra təyyarənin qalıqları La Manş boğazından tapılıb. Daha sonra isə futbolçunun meyiti aşkarlanıb. Emiliano Sala Uels təmsilçisinin tarixində ən bahalı transfer olub.