Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Afrika İttifaqının (Aİ) ikigünlük sammiti start götürüb. Sammitdə Misirin prezidenti Əbdül Fəttah əs-Sisi təşkilatın başçısı seçilib.
2019-cu il üçün prezident səlahiyyətlərini misirli liderə Ruandanın prezidenti Pol Kaqame ötürüb.
Bundan başqa, sammitdə 2020-ci il üçün ittifaqın gələcək lideri də seçilib – o, Cənubi Afrika Respublikasının (CAR) prezidenti Siril Ramafosadır.
Sammitdə qaçqınlar problemi, Afrikanın 2063-cü ilə qədərki inkişaf strategiyası, bölgəsel inteqrasiya və inkişaf layihələri müzakirə olunub.