Mingəçevirdə oğurluq hadisəsi baş verib. Hadisə Təbriz küçəsində, 1939-cu il təvəllüdlü şəhər sakini Züleyxa Bağırovanın yaşadığı mənzildə qeydə alınıb.
Belə ki, onun evindən 3 min manat oğurlanıb. Z.Bağırova bu barədə polisə məlumat verərək, evinə qonaq gələn şəxslərdən şübhələndiyini bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan “Report”un Şirvan bürosuna verilən məlumata görə, oğurluqda şübhəli bilinən iki nəfər – zərərçəkənin nəvəsi, Tovuz rayon sakini, əvvəllər də məhkum olunmuş Tural İskəndərov və dostu, Samux rayon sakini Xasay Mustafayev saxlanılıblar. Saxlanılanlar istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Siyasət
Mədəniyyət
Xəbər lenti
- DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək
21 Sentyabr 2023 17:48 - Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən məqalə qəbul olunub
29 Avqust 2023 23:16