Bu gün UEFA-da prezident seçkisi keçirilib. “Elitinfo.az” -ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, təşkilatın hazırkı rəhbəri Aleksandr Çeferin ikinci dəfə prezident seçilib. Çeferinin vahid namizəd olduğu və bu səbəbdən formal xarakter daşıyan seçkidə UEFA-ya üzv olan bütün (55) milli assosiasiyalar, o cümlədən, AFFA sloveniyalı futbol funksionerinə səs verib.

Qeyd edək ki, 2016-cı ildən UEFA-ya rəhbərlik edən Çeferin 2019-2023-cü illərdə də qurumun prezidenti olacaq.