“Ay yapım”ın yeni seriallarından biri olan “Kuzgun”un ilk bölümünün treyleri yayımlanıb.“Elitinfo.az” xəbər verir ki, baş rollarında Burcu Biricik və Barış Arduçun oynadığı ekran işinin treylerində diqqətçəkən məqam isə İmadəddin Nəsiminin sözlərinə oxunan mahnı olub.
Belə ki, sözləri Nəsimi, bəstəsi Feyzullah Çinara aid olan “Minnet eylemem” adlı mahnını Kosovada yaşayıb, türk dilində bilməyən Florijana Rekshepi adlı gənc qadın səsləndirib.
Treylerin arxa fonundakı mahnı izləyicilərin marağına səbəb olub.
Qeyd edək ki, ölkəmizdə bu il “Nəsimi ili” elan olunub. Son günlər isə toy müğənnisi Afət Fərmanqızının Nəsiminin “Pəncu şeş” adlı şeirini “6/8” ritmində ifa etməsi qalmaqala səbəb olub.