YPG/PKK terror təşkilatı ilə Əsəd rejimi arasında razılıq əldə olunub. Türkiyə mətbuatı xəbər verir ki, terrorçular Deyrizorda Fərat çayının şərqində terrorçuların nəzarətində olan ərazilərdən çıxarılan neftin Əsəd rejiminin nəzarətində olan ərazilərə nəql edilməsi istiqamətində anlaşma əldə ediblər.
Bu məqsədlə YPG/PKK terror təşkilatı və Bəşər Əsəd rejimi Fərat çayı boyunca neft kəməri çəkib. Neft kəmərləri Deyrizordakı Şuheyl bölgəsində Bukris bölgəsinə çəkiləcək.
Onu da qeyd edək ki, ABŞ-ın dəstəklədiyi YPG terror təşkilatı Suriyadakı neft yataqlarının təqribən 70 faizinə nəzarət edir.
Terrrorçularla Əsəd rejiminin anlaşmasına görə, rejim əldə edilən gəlirin 65 faizini, YPG/PKK isə 20 faizi veriləcək.