Suriyanın şimal-qərbindəki Masyaf rayonunda raket əleyhinə müdafiə bazasında (RƏM) Rusiya istehsalı olan S-300 sistemli batareyalar döyüş hazırlığı vəziyyəğtinə gətirilib.
Bu barədə İsrail KİV-i yazıb.
Peykdən çəkilmiş dörd qurğunun fotoşəkilləri bu qənaətə gəlməyə əsas verib. Şəkillərə görə, qurğulardan 3-ünün örtüyü götürülüb və onar havaya istiqamətləndirilib.
Məlumatları İsrailin «peyk fotoşəkillərini araşdıran» ImageSet International şirkəti analiz edib. Qeyd olunur ki, döyüşə belə hazırlıq Suriyalı personalın rusiyalı təlimatçılar tərəfindən fəal şəkildə öyrədilməsindən xəbər verir.
KİV-i xatırladırlar ki, qərbli ekspertlər göstərilən bölgədə kimyəvi silah istehsalı mərkəzi aşkarlayıblar. Bu hədəfə dəfələrlə havadan zərbələr endirilib.
.